Lokomotiv (lat. loco, locus «yer» sözündəndir) ― dəmir yol xətlərində hərəkət edən və özü yükgötürməyən dartıcı qurğu.
Lokomotivin transmissiyası bir neçə çarx üzərində oturdulmuş gövdədən ibarətdir. Müxtəlif enerji mənbəyi ilə işləyən mühərriklərdən alınan hərəkət çarxların fırlanmasına sərf edilir. Onların dəmir yolunda fırlanması nəticəsində lokomotov irəliyə hərkət edir. Beləliklə o, arxasına qoşulmuş vaqonların nəql edilməsinə imkan yaradır.